“Kəpəz” Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.
İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmtinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının IX turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.
Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı üç top fərqi ilə uduzan üçüncü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.
Qeyd edək ki, “Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib - 0:3.
