Misli Premyer Liqası: “Kəpəz” “İmişli”yə qarşı

Xəbərlər
24 Oktyabr 2025 09:29
91
Misli Premyer Liqası: “Kəpəz” “İmişli”yə qarşı

Misli Premyer Liqasında IX turun növbəti qarşılaşması Qəbələdə start götürəcək.

İdman.Biz xəbər verir ki, “Kəpəz” “İmişli”ni qəbul edəcək.

Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən “sarı-göylər” növbəti qələbə üçün bütün səylərini səfərbər edəcək. Lakin qonaq komanda da qalibiyyət arzusundadır. “Pələnglər” sona qədər mübarizə aparmağı bacaran, intizamlı oyunu ilə seçilən komandadır. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlində sonuncu yerdə olsa da, İmişlinin eyniadlı klubu 9 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I dövrə, IX tur
17:00. “Kəpəz” - “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün davam edəcək.

İdman.Biz