Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turu ərzində futbolçuların oyunların hansı vaxtda ən çox qol vurduğu müəyyənləşib.
İdman.biz-in məlumatına görə, milli çempionatda IX tur ərzində 53 qarşılaşma keçirilib (birinci turun “Sabah” - “Qarabağ” oyunu təxirə salınıb) və bu matçlarda ümumilikdə 129 qol qeydə alınıb.
Azərbaycan Premyer Liqasında qola imza atma fəallığının pik vaxtı - 31-40 və 71-80-ci dəqiqələrə təsadüf edir. Hər iki hissədə komandalar 20-dən çox qol vurub ki, bu da bütün dövrlər arasında ən yüksək göstərici sayılır. Qolun ən çox qeydə alındığı digər zaman kəsiyi 81–90-cı dəqiqələr (əlavə vaxtla birlikdə) aralığında qeydə alınıb - bu hissədə 19 qol vurulub.
IX turun “Neftçi” - “Qəbələ” qarşılaşmasında paytaxt təmsilçisi 71-81-ci dəqiqələr arasında rəqib qapısından iki cavabsız top keçirib.
VII turda “Zirə” - “Kəpəz” (5:0) oyununda isə meydan sahibləri 33-cü və 37-ci dəqiqələrdə iki, daha sonra 71-ci və 83-cü dəqiqələrdə daha iki qol vurublar.
Statistik göstəricilər
Qeyd edilən aralıqlarda orta qol göstəriciləri belədir:
31-40 və 71-80-ci dəqiqələr - hər oyuna orta hesabla 0,40 qol,
81–90-cı dəqiqələr - 0,36 qol.
Bu rəqəmlər göstərir ki, Azərbaycan Premyer Liqasında qol fəallığının pik mərhələsi oyunların elə bir vaxtına düşür ki, müdafiəçilər yorulur, komandalar isə hücum xəttinə yeni qüvvələr daxil edir və bu da hesabın dəyişməsinə səbəb olur.
Eyni zamanda, çempionatda oyunların ilk dəqiqələrində qol sayı nisbətən aşağı səviyyədə qalır.
Mövsümün gedişində tendensiya dəyişə bilər
Ekspertlər istisna etmirlər ki, mövsüm irəlilədikcə futbolçuların yorğunluğu artdıqca, qol vurma fəallığı oyunların orta hissəsinə keçə bilər.
Turnir cədvəli
Hazırda IX turun nəticəsinə görə, Azərbaycan Premyer Liqasının lideri “Turan Tovuz”dur – komandanın aktivində 18 xal var.
Bir xal azla ikinci pillədə “Qarabağ” qərarlaşıb və onun bir oyunu ehtiyatdadır.
Üçüncü və dördüncü yerləri isə “Zirə” və “Araz-Naxçıvan” bölüşür - hər iki klubun 16 xalı var.
Teymur Tuşiyev
