Misli Premyer Liqasında IX tura bu gün Şamaxıda start veriləcək.
İdman.Biz xəbər verir ki, “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olacaq.
Elvin Bayramovun idarə edəcəyi açılış matçı saat 14:30-da başlayacaq.
Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
24 oktyabr
14:30. “Karvan-Yevlax”– “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün davam edəcək.
