Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda “Əl-Nəsr” səfərdə “Əl-Feysali”ni 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada Kriştianu Ronaldu karyerasının 982-ci qolunu vurub.
Görüşün dördüncü dəqiqəsində Abdullah Əl-Həmdan qonaqları hesabda önə çıxarıb. 49-cu dəqiqədə Ronaldu fərqi artırıb. Meydan sahiblərinin heyətində Teo Bonqonda 66-cı dəqiqədə fərqi azaltsa da, 79-cu dəqiqədə Qabriel Anjelo yekun hesabı müəyyənləşdirib.
Beləliklə, 41 yaşlı portuqaliyalı hücumçunun karyerasında 1000 qol həddinə çatmasına cəmi 18 qol qalıb.
“Əl-Nəsr” keçirdiyi on oyundan sonra 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Yeddi xalı olan “Əl-Feysali” isə 15-ci yerdədir.
