“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandasına yeni oyun fəlsəfəsi tətbiq edir.
İdman.Biz İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, gənc mütəxəssis kollektivdən dinamik futbol, topa nəzarət, yüksək pressinq və məqsədli ötürmə mədəniyyəti tələb edir.
Mütəxəssis “Real”ın hücumları düşünülmüş şəkildə qurmasını və meydanın bütün xəttlərində üstünlük yaratmasını hədəfləyir.
Son “El Klasiko”da Eduardo Kamavinqa məhz bu fəlsəfəni meydanda əks etdirərək oyunun ritmini yönləndirən əsas fiqurlardan biri olub.
