Kriştianu yenidən diqqət mərkəzinə düşdü - VİDEO

Xəbərlər
27 Oktyabr 2025 15:03
49
Kriştianu yenidən diqqət mərkəzinə düşdü - VİDEO

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu bu dəfə meydandan kənardakı xoşməramlı davranışı ilə sosial şəbəkələrdə müzakirə mövzusu olub.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən ulduz futbolçu əlil arabasında ona yaxınlaşan fiziki məhdudiyyətli azarkeşlə səmimi şəkildə ünsiyyət qurub və xatirə fotosu çəkdirib.

Kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq böyük rəğbət toplayıb.

İstifadəçilər həmin anı “bir azarkeşin həyatında unudulmaz xatirə yaradan ən böyük qələbə” kimi qiymətləndiriblər.

İdman.Biz