Qadınlardan ibarət U-17 millimiz böyükhesablı məğlubiyyətlə üzləşib - YENİLƏNİB

Xəbərlər
27 Oktyabr 2025 16:26
158
Qadınlardan ibarət U-17 millimiz böyükhesablı məğlubiyyətlə üzləşib - YENİLƏNİB

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

10:36

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

27 oktyabr
Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00
Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

İdman.Biz