“Sabah” Ayaz Quliyevlə yollarını ayırıb

Xəbərlər
26 Yanvar 2026 14:28
106
“Sabah” Ayaz Quliyevlə yollarını ayırıb

“Sabah” yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ayaz Quliyev 2023-cü ildən “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, o, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

İdman.Biz