Ter Ştegenlə bağlı yayılan məlumat təsdiqin tapmayıb

Xəbərlər
26 Yanvar 2026 12:27
84
Ter Ştegenlə bağlı yayılan məlumat təsdiqin tapmayıb

Sosial şəbəkələrdə Mark-Andre Ter Ştegenin La Liqa qaydalarına görə “Jirona”da qeydiyyatdan keçə bilmədiyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İdman.Biz xəbər verir ki, yayılan bu məlumatın əsl səbəbi məlum olub.

Belə ki, məsələnin mahiyyəti qapıçılara icazə verilən oyun nömrələri ilə deyil, hazırda “1” nömrə altında çıxış edən Dominik Livakoviçlə bağlıdır.

Hüquqları “Fənərbağça”ya məxsus olan xorvat qolkiperlə bağlı vəziyyət həll olunsa, “1” nömrənin Ter Ştegenə verilməsi planlaşdırılır. Əks halda, yanvarın 26-dək razılıq əldə olunmasa, alman qapıçı 22-ci nömrə ilə qeydiyyata alınacaq. Bu halda Ter Ştegen “Jirona”nın heyətində heç bir məhdudiyyət olmadan meydana çıxa biləcək.

İdman.Biz
Məqalədə: