Yamalın atasından “Real”a mesaj: “Bəxtiniz gətirdi ki, o, hələ cəmi 18 yaşındadır”

Xəbərlər
27 Oktyabr 2025 08:21
56
Yamalın atasından “Real”a mesaj: “Bəxtiniz gətirdi ki, o, hələ cəmi 18 yaşındadır”

“Barselona”nın gənc hücumçusu Lamin Yamalın atası Munir Nasraui İspaniya La Liqasının 10-cu turunda “Real”la keçirilən oyunda (1:2) komandasının məğlubiyyətinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Nasraui oğlunun “Barselona” formasında olan şəkli ilə paylaşımında yazıb: “Bəxtiniz gətirdi ki, o, hələ cəmi 18 yaşındadır. Barselonada görüşərik”.

Qeyd edək ki, Lamin Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasının üzvüdür. O, bütün turnirlərdə 114 oyuna çıxıb, 28 qol vurub və 39 məhsuldar ötürmə edib.

İdman.Biz