Almaniya Bundesliqasının 8-ci turunda “Ştutqart” öz meydanında “Mainz”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüşə üstün başlayan qonaqlar 41-ci dəqiqədə Nadim Amirinin dəqiq penalti zərbəsi ilə hesabı açıb. Ev sahibi ilk hissənin sonlarına doğru Kris Füriçin qolu ilə bərabərlik qolunu vurub. 79-cu dəqiqədə isə Deniz Undav “Ştutqart”a qələbə qazandırıb.
Bu qələbə ilə “Ştutqart” Bundesliqada ardıcıl 5-ci dəfə qalib gələrək 18 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Mainz” isə 4-cü məğlubiyyətini yaşayaraq 4 xalla 16-cı yerdədir.
Qeyd edək ki, növbəti turda “Ştutqart” səfərdə 2-ci pillədə qərarlaşan “Leyptsiq” ilə qarşılaşacaq, “Mainz” isə “Verder”i qəbul edəcək.
