İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 9-cu turu çərçivəsində “Everton” (Liverpul) və “Totenhem Hotspur” (London) qarşılaşıb.
İdman.Biz xəbər verir ki, matç London komandasının 3:0 hesabı ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Mikki van de Ven açıb. O, 45+6-cı dəqiqədə isə dublla fərqlənərək komandasını irəli çıxarıb. Londonların üçüncü qolunu 89-cu dəqiqədə Pape Matar Sarr vurub.
Bu nəticədən sonra “Everton” 11 xalla turnir cədvəlinin 14-cü, “Totenhem Hotspur” isə 17 xalla üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, növbəti turda "Totenhem" noyabrın 1-də “Çelsi”ni qəbul edəcək, "Everton" isə noyabrın 3-də “Sanderlend”in qonağı olacaq.
