“Fiorentina” penalti sayəsində “Boloniya” ilə matçda məğlubiyyətdən xilas oldu

Xəbərlər
26 Oktyabr 2025 23:31
32
“Fiorentina” penalti sayəsində “Boloniya” ilə matçda məğlubiyyətdən xilas oldu

İtaliya A Seriyasının 8-ci turu çərçivəsində “Fiorentina” öz meydanında “Boloniya” ilə qarşılaşıb.

İdmanBiz xəbər verir ki, oyun heç-heçə başa çatıb - 2:2.

Ev sahibinin qollarını Albert Gudmundsson və 90+4-cü dəqiqədə penalti zərbəsini icra edən Moize Kin vurub. Qonaqların heyətində isə Santiaqo Kastro və Nikolo Kambiagi fərqlənib. 83-cü dəqiqədə “Boloniya”nın müdafiəçisi Emil Holm ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Fiorentina” 4 xalla turnir cədvəlinin 18-ci, “Boloniya” isə 14 xalla 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, növbəti turda “Fiorentina” oktyabrın 29-da səfərdə Milanın “İnter”i ilə qarşılaşacaq, “Boloniya” isə həmin gün “Torino”nu qəbul edəcək.

İdman.Biz