İtaliya A Seriyasının 8-ci turunda “Latsio” “Yuventus”la qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin minimal hesabı ilə başa çatıb - 1:0.
Oyunun yeganə qolunu 9-cu dəqiqədə paytaxt təmsilçisinin yarımmüdafiəçisi Toma Başiç vurub.
Bu qələbə sayəsində “Latsio”nun xalı 11-ə çatıb və komanda turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
Uğursuzluq seriyası davam edən “Yuventus” isə 8 oyundur qələbə qazana bilmir. Komanda son 3 matçda məğlub olub.
Hazırda Massimiliano Alleqrinin komandası 12 xalla 8-ci yerdə qərarlaşıb.
