La Liqanın X turunda bu gün baş tutan “Real” - “Barselona” matçının ilk hissəsində Kilian Mbappe hesabı açıb.
İdman.Biz xəbər verir ki, Fransa millisinin hücumçusu bununla XXI əsrdə keçirilən ardıcıl dörd El Klassikoda qol vuran üçüncü oyunçu olub.
Daha əvvəl bu nəticəyə yalnız Ronaldinyo və Kriştiano Ronaldo nail olmuşdular.
Qeyd edək ki, qarşılaşma 2:1 meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
