El Klassiko: “Real” “Barselona”nı məğlub etdi - VİDEO

Xəbərlər
26 Oktyabr 2025 21:33
44
El Klassiko: “Real” “Barselona”nı məğlub etdi - VİDEO

İspaniya La Liqasının 10-cu turunda keçirilən “El Klassiko”da Madridin “Real” klubu “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Santiago Bernabeu” stadionunda baş tutan matçı baş hakim Sesar Soto Qrado idarə edib.

5-ci dəqiqədə “Barselona”nin cərimə meydançasında penalti təyin edilsə də, VAR müdaxiləsindən sonra qərar ləğv edilib.

12-ci dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe uzaqdan zərbə ilə topu qapıya göndərib, amma qol VAR-a baxıldıqdan sonra qeydə alınmayıb.

22-ci dəqiqədə Mbappé hesabı açıb – 1:0. 38-ci dəqiqədə kataloniyalı Fermin Lopez hesabı bərabərləşdirib – 1:1.

43-cü dəqiqədə “Real”ın yarımmüdafiəçisi Bellingem komandəsini yenidən önə çıxarıb - 2:1.

52-ci dəqiqədə Mbappe penalti imkanını istifadə edə bilməyib, qapıçı Voytsex Şesnı topu qapısından çıxarıb.

68-ci dəqiqədə Bellingemin ikinci qolu ofsayd səbəbindən ləğv olunub.

Matçın əlavə vaxtında (90+10) “Barselona”nın oyunçusu Pedri ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.

Qeyd edək ki, qələbə sayəsində “Real” 10 oyunda topladığı 27 xalla La Liqada birinci, “Barselona” isə 22 xalla ikinci yerdə qərarlaşıb.

İdman.Biz