“Fənərbaxça” ciddi maliyyə problemləri ilə üzləşib.
İdman.Biz-in məlumatına görə, klubun ümumi borcu 588 milyon avroya çatıb.
Türkiyə mətbuatının bildirdiyinə görə, bu borc klubun bütün strukturlarını əhatə edir: idman bölmələri, infrastruktur və əməliyyat xərcləri daxil olmaqla, yalnız basketbol komandası ilə məhdudlaşmır.
Qeyd edək ki, “Fənərbaxça”nin basketbol komandası keçən mövsüm Avropa Liqasının çempionu olub.
