“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “Barselona”nın hücumçusu Robert Levandovskinin komandaya transferinə qarşı çıxıb.
İdman.Biz "Mirror"a istinadən xəbər verir ki, “Yunayted”in baş məşqçisi Ruben Amorim 37 yaşlı hücumçunun təcrübəsinin və liderlik keyfiyyətlərinin komandaya, eləcə də gənc oyunçuların inkişafına faydalı olacağını düşünürdü.
Lakin Cim Retkliff bu fikri rədd edib və bildirib ki, klub artıq karyerasının son mərhələsində olan futbolçuları transfer etməyi planlaşdırmır.
Qeyd edək ki, polşalı futbolçunun katalon klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
