Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşması başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun heç-heçə ilə bitib.
Birinci hissədə hesab açılmayıb və komandalar fasiləyə 0:0 ilə yollanıblar.
İkinci hissədə hər iki komanda fərqlənib. 54-cü dəqiqədə “Sabah”ın oyunçusu Stiv Solvet hesabı açıb – 0:1. 58-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu İssuf Paro bərabərlik qolunu vurub – 1:1. 73-cü dəqiqədə isə “Sabah”ın oyunçusu Coy Lens Mikels komandasını önə çıxarsa da, 90+9-cu dəqiqədə Ba-Muaka Simakala “Araz-Naxçıvan” üçün tarazlığı bərpa edib – 2:2.
17:57
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında hesab yenidən bərabərləşib.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan”nın oyunçusu Ba-Muaka Simakala 90+9-cü dəqiqədə fərqlənib - 2:2.
17:33
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında üçüncü qol vurulub.
İdman.Biz xəbər verir ki, “Sabah”ın oyunçusu Coy Lens Mikels 73-cü dəqiqədə fərqlənib - 1:2.
17:22
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında növbəti qol vurulub.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan”ın oyunçusu İssuf Paro 58-ci dəqiqədə fərqlənib - 1:1.
17:18
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında hesab açılıb.
İdman.Biz xəbər verir ki, “Sabah”ın oyunçusu Stiv Solvet 54-cü dəqiqədə fərqlənib - 0:1.
17:03
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, birinci hissədə hesab açılmayıb.
16:48
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasında birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, ilk yarıda hesab açılmayıb.
16:01
Misli Premyer Liqasının IX turu çərçivəsində “Araz-Naxçıvan” və “Sabah” qarşılaşmasına start verilib.
İdman.Biz xəbər verir ki, oyun “Bank Respublika Arena”da keçirilir.
15:07
Bu gün Misli Premyer Liqasında IX turun ilk matçında qarşılaşacaq “Araz-Naxçıvan” və “Sabah” komandalarının start heyətləri açıqlanıb.
İdman.biz xəbər verir ki, oyun “Liv Bona Dea Arena” təmirə bağlandığından “Araz-Naxçıvan” “Sabah”ı “Bank Respublika Arena”da qəbul edəcək.
Komandaların start heyətləri:
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
09:32
Bu gün Misli Premyer Liqasının IX turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşması Masazırda baş tutacaq. “Liv Bona Dea Arena” təmirə bağlandığından “Araz-Naxçıvan” “Sabah”ı “Bank Respublika Arena”da qəbul edəcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.
Misli Premyer Liqası
I dövrə, IX tur
25 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bank Respublika Arena”
Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.
