Ayxan Abbasov bu futbolçuları “Qarabağ”a qarşı oynada bilməyəcək - ADLAR

24 Oktyabr 2025 16:39
193
Ayxan Abbasov bu futbolçuları “Qarabağ”a qarşı oynada bilməyəcək - ADLAR

Misli Premyer Liqasının (MPL) 9-cu turunda “Qarabağ”ın qonağı olacaq “Şamaxı” oyuna üç itki ilə çıxacaq.

Bunu fanat.az-a açıqlamasında “aslanlar”ın sözçüsü Yusif Hüseynli deyib:

“Kəpəz”lə matçda aldığı birbaşa qırmızı vərəqəyə görə 3 oyunluq cəzalanan Abdulaye Şuaybu komandaya kömək edə bilməyəcək. İki oyunçu isə zədə səbəbindən oynamayacaq ki, bunlar da Edqar Adilxanov və Andrey Tirkoveanudur”.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu “Şamaxı” oktyabrın 26-da “Qarabağ”la qarşılaşcaq. Matçın start fiti 18:30-da səsləndiriləcək.

İdman.Biz