UEFA-dan Babək Quliyevə 3 oyunluq TƏYİNAT

Xəbərlər
21 Oktyabr 2025 13:15
73
UEFA-dan Babək Quliyevə 3 oyunluq TƏYİNAT

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək.

Quliyev oktyabrın 28-də Bolqarıstan - Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino - Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

İdman.Biz