Vüqar Nadirov bölgə təmsilçisi ilə yollarını ayırdı

Xəbərlər
21 Oktyabr 2025 11:28
49
Vüqar Nadirov bölgə təmsilçisi ilə yollarını ayırdı

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov II Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.

İdman.Biz xəbər verir ki, bu barədə fanat.az-a mütəxəssisin özü məlumat verib.

O, liqanın VI turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.

Qeyd edək ki, altı oyuna doqquz xal toplayan “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxası”nda idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.

İdman.Biz