La Liqa: “Xetafe” azlıqda “Real”a minimal hesabla uduzub – VİDEO

Xəbərlər
20 Oktyabr 2025 01:46
33
La Liqa: “Xetafe” azlıqda “Real”a minimal hesabla uduzub – VİDEO

İspaniya La Liqasının 9-cu turu çərçivəsində keçirilən “Xetafe” – “Real Madrid” oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri 77-ci dəqiqədə azlıqda qalıblar - Allan Nyom qırmızı vərəqə alıb. Üç dəqiqə sonra Kilian Mbappe oyunda yeganə qolu vuraraq “Real”a qələbə qazandırıb. 84-cü dəqiqədə “Xetafe”nin daha bir futbolçusu – Aleks Sankris ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Xetafe” 11 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Real” isə 24 xalla La Liqanın lideridir.

İdman.Biz