"Fənərbaxça" autsayderə qalib gəlib - VİDEO

Xəbərlər
20 Oktyabr 2025 01:07
36
"Fənərbaxça" autsayderə qalib gəlib - VİDEO

Türkiyə Super Liqasında 9-cu turun oyunları davam edir.

İdman.Biz xəbər verir ki, tur şərçivəsində daha 4 oyun keçirilib.

“Kayserispor” evdə “Samsunspor”a uduzub, “Alanyaspor” “Göztəpə”ni, “Qaziantep” “Antalyaspor”u, “Fənərbaxça” isə turnir cədvəlinin autsayderi “Karagümrük”ü məğlub edib.

Türkiyə Super Liqası
9-cu tur
19 oktyabr

Kayserispor – Samsunspor 1:3
Qollar: Onuqxa, 83 – Holse, 45; 64. Van Drongelen, 72.

Alanyaspor – Göztəpə 1:0
Qol: U.Akdağ, 83.

Qaziantep – Antalyaspor 3:2
Qollar: D.Kamara, 4. Kozlovski, 17. Bayo, 31 – Qeye, 84; 86.

Fənərbaxça – Karagümrük 2:1
Qollar: Talişka, 23-pen. Asensio, 41 – Serjinyo, 59.

Qeyd edək ki, bu gün saat 21:00-da "Eyüpspor" "Kasımpaşa"nı qəbul edəcək.

İdman.Biz