"Formula - 1"də mövsümün 19-cu mərhələsi – ABŞ Qran-prisi başa çatıb.
İdman.Biz xəbər verir ki, Texas ştatının Ostin şəhərində keçirilən əsas yarışı “Red Bull” pilotu Maks Ferstappen birinci yerdə tamamlayaraq növbəti qələbəsini qazanıb.
“McLaren” sürücüsü Lando Norris ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü olub.
ABŞ Qran Prisi – əsas yarış (56 dövrə):
Maks Ferstappen (“Red Bull”)
Lando Norris (“McLaren”) +7.959
Şarl Lekler (“Ferrari”) +15.373
Lyuis Hemilton (“Ferrari”) +28.536
Oskar Piastri (“McLaren”) +29.678
Corc Rassell (“Mercedes”) +33.456
Yuki Tsunoda (“Red Bull”) +52.714
Niko Hülkenberq (“Kick Sauber”) +57.249
Oliver Berman (“Haas”) +1:04.722
Fernando Alonso (“Aston Martin”) +1:10.001
Qeyd edək ki, “Williams” pilotu Karlos Sains yarışı finişə çata bilmədən dayandırıb.