İtaliya A Seriyasının 2025/2026 mövsümünün 7-ci turu çərçivəsində keçirilən “Milan” – “Fiorentina” oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, “San Siro” stadionunda oynanılan qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Matçı baş hakim Livio Marinelli idarə edib. Qonaqların müdafiəçisi Robin Qosens 56-cı dəqiqədə hesabı açıb. Cəmi 7 dəqiqə sonra Rafael Leau tarazlığı bərpa edib. Portuqaliyalı hücumçu 86-cı dəqiqədə penalti zərbəsini də dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib.
Qeyd edək ki, 16 xal toplayan “Milan” “İnter”, “Napoli” və “Roma”nı geridə qoyaraq A Seriyasının lideri olub, “Fiorentina” isə 3 xalla 18-ci yerdə qərarlaşıb.