“Bu əminliyi mənə Qurban Qurbanov aşılayıb” - Elxan Məmmədovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
21 Yanvar 2026 17:13
64
“Bu əminliyi mənə Qurban Qurbanov aşılayıb” - Elxan Məmmədovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Qarabağ”la Almaniyanın “Ayntraxt” futbol klubu arasında Çempionlar Liqasının əsas mərhələsinin oyununun başlanmasına saatlar qalır. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyunla bağlı proqnozlar təkcə futbol mütəxəssisləri deyil, digər idman növlərindən olan tanınmış idmançılar tərəfindən də səsləndirilir.

Qarşıdakı duelə dair gözləntilərini İdman.Biz-lə Azərbaycanın cüdo üzrə millisinin böyük məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədov bölüşüb.

“Bu, son dərəcə ağır oyun olacaq və əminəm ki, “Qarabağ” bu matçdan qalib ayrılacaq. Bu əminliyi mənə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov aşılayıb. Onun oyun ərəfəsində mətbuat konfransındakı çıxışından, komandanın uğuruna inamla bağlı dediklərindən anladım ki, “Qarabağ”da hamı bu fikri bölüşür. Komanda öz gücünə inanır, idmanda isə psixoloji dayanıqlıq çox vacib amildir. Dəqiq hesab məsələsinə gəlincə, düşünürəm ki, tabloda Qurbanovun yetirmələrinin xeyrinə 2:1 hesabını görəcəyik”, - Elxan Məmmədov bildirib.

İdman.Biz