“Sankt-Pauli” və “Hamburq” oyunu qolsuz heç-heçə ilə başa çatıb

Xəbərlər
24 Yanvar 2026 02:10
44
“Sankt-Pauli” və “Hamburq” oyunu qolsuz heç-heçə ilə başa çatıb

Almaniya çempionatının 19-cu turunda “Sankt-Pauli” və “Hamburq” arasında keçirilən oyun qolsuz başa çatıb.

İdman.Biz-in məlumatına görə, “Sankt-Pauli” qapıya daha çox zərbə endirib. Lakin komandalar, demək olar ki, heç bir təhlükəli an yaratmayıblar.

Matçdan sonra “Sankt-Pauli” turnir cədvəlində 16-cı yerə yüksəlib, “Hamburq” isə hazırda Bundesliqada 13-cü yerdədir.

İdman.Biz