“Lill” səfərdə “Nant” üzərində inamlı qələbə qazanıb

Xəbərlər
20 Oktyabr 2025 01:25
32
“Lill” səfərdə “Nant” üzərində inamlı qələbə qazanıb

Fransa Liqa 1-in 8-ci turu çərçivəsində keçirilən “Nant” – “Lill” oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma Nantdakı “La Bojuar – Lui Fonteno” stadionunda keçirilib.

Matçı baş hakim Tomas Leonard idarə edib. Qonaqlar meydanı 2:0 hesablı qələbə ilə tərk ediblər.

Oyunun 8-ci dəqiqəsində islandiyalı yarımmüdafiəçi Hakon-Arnar Haraldsson hesabı açıb. O, 2018-ci ilin dünya çempionu Olivye Jirunun ötürməsindən sonra fərqlənib. Hamza İqamane isə 89-cu dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib – 0:2.

Qeyd edək ki, bu qələbədən sonra “Lill” 14 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib, “Nant” isə 6 xalla 15-ci yerdə qərarlaşıb.

İdman.Biz