Mbappe Ronaldonun rekordunu təkrarlayıb

Xəbərlər
20 Oktyabr 2025 02:11
32
Mbappe Ronaldonun rekordunu təkrarlayıb

Madrid “Real”ı La Liqanın 9-cu turunda “Xetafe” ilə keçirdiyi oyunda yeganə qolunun müəllifi Kilian Mbappe olub.

İdman.Biz xəbər verir ki, Fransalı hücumçu ardıcıl 11-ci görüşdə həm klub, həm də yığma səviyyəsində qol vurub.

La Liqada mövsümün ilk 9 oyununda onun aktivində artıq 10 qol var.

"Opta"nın məlumatına görə, Mbappedən əvvəl bu göstəriciyə yalnız Kriştianu Ronaldu nail olub. Portuqaliyalı ulduz 2014/15 mövsümündə ilk 9 qarşılaşmada 17 qol vurmuşdu.

İdman.Biz