“Real”ın sabiq oyunçusu insult keçirib

Xəbərlər
20 Oktyabr 2025 00:05
37
“Real”ın sabiq oyunçusu insult keçirib

Madrid “Real”ı, “Feyenoord” və Niderland milli komandasında çıxış etmiş keçmiş futbolçu Royston Drente insult keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

38 yaşlı oyunçu hazırda xəstəxanaya yerləşdirilib.

Onun sağlamlıq vəziyyəti ciddi narahatlıq doğurur.

Qeyd edək ki, Drente hazırda keçmiş peşəkar futbolçulardan ibarət Niderland klubu “De Rebellen”də çıxış edir.

İdman.Biz