Renat Dadaşovun Ukrayna ilə oyunda iştirak etməməsinin ƏSL SƏBƏBİ - RƏSMİ AÇIQLAMA

Xəbərlər
15 Oktyabr 2025 13:59
83
Renat Dadaşovun Ukrayna ilə oyunda iştirak etməməsinin ƏSL SƏBƏBİ -  RƏSMİ AÇIQLAMA

2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirilən oyunda (1:2) Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun iştirak etməməsinin əsl səbəbi məlum olub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Murad Axundovun İdman.biz-ə verdiyi məlumata görə, Renat Dadaşov matçda sağlamlıq problemlərinə görə iştirak etməyib.

“O, oyun ərəfəsində özünü pis hiss edib. Səhhətində yaranan narahatlıq səbəbindən görüşə qədər tam bərpa ola bilməyib,” – deyə AFFA-nın mətbuat xidmətinin rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra media orqanlarında Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasovla Renat Dadaşov arasında guya münaqişə yaşandığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, hücumçu Fransa ilə görüşdə (0:3) ikinci hissədə meydana buraxılmaması qərarına emosional reaksiya verib.

AFFA həmin məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində son iki oyununu Bakıda keçirəcək. Komandamız noyabrın 13-də İslandiya, 16-da isə Fransa ilə qarşılaşacaq. Millimizin aktivində dörd turdan sonra bir xal var və yığma D qrupunun sonuncu pilləsində qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz