Yuri Maksimov Azərbaycandan təkliflər aldığını açıqladı

Xəbərlər
13 Oktyabr 2025 12:02
34
Yuri Maksimov Azərbaycandan təkliflər aldığını açıqladı

“Mən bu mövzuda heç nə deyə bilmərəm”.

Bu barədə “Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov sport24.az-a açıqlamasında deyib.

Ukraynalı mütəxəsiss Azərbaycandan ayrıldığı dönəmdən sonra ölkədən bir sıra təkliflər aldığını təsdiqləyib.

Çalışdırıcı adının “Kəpəz”lə hallanmasına da toxunub: “Mən bu mövzuda heç nə deyə bilmərəm. Belə məlumat eşitməmişəm. Daha əvvəl ölkənizdən təkliflər almışam. Yaxın dostlar vasitəsi ilə mənə müraciət olunub”.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

İdman.Biz