Elvin Bədəlov Mbappeyə bu sözləri deyibmiş - AÇIQLAMA + VİDEO

Xəbərlər
11 Oktyabr 2025 14:33
66
Elvin Bədəlov Mbappeyə bu sözləri deyibmiş - AÇIQLAMA + VİDEO

Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov Fransa ilə keçirilən DÇ-2026-nın seçmə mərhələsi oyununda Kilian Mbappə ilə aralarında baş tutan dialoqdan danışıb.

Bədəlov bu barədə “Qafqazinfo”ya açıqlama verib.

O, ulduz futbolçu ilə zədəsi barədə söhbət etdiklərini bildirib:

“Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

İdman.Biz