Azərbaycan - Şotlandiya matçı qazaxıstanlı hakimlərə əmanət edildi

Xəbərlər
11 Oktyabr 2025 17:23
41
Azərbaycan - Şotlandiya matçı qazaxıstanlı hakimlərə əmanət edildi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun hakimləri müəyyənləşib.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Bakıda təşkil ediləcək matçın baş hakimi Sayat Karabayev olacaq.

Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.

İdman.Biz