Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Baqali Dabo: “Azərbaycan millisi bu oyuna görə fəxr edə bilər” - İdman və Biz

Baqali Dabo: “Azərbaycan millisi bu oyuna görə fəxr edə bilər”

Xəbərlər
11 Oktyabr 2025 15:32
46
Baqali Dabo: “Azərbaycan millisi bu oyuna görə fəxr edə bilər”

“Oyun elə də asan olmadı”.

Bu sözləri “Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu Baqali Dabo sport24.az-a açıqlamasında deyib.

Fransalı keçmiş hücumçu ötən gün DÇ-2026-nın seçmə mərhələsində keçirilmiş Fransa - Azərbaycan matçı haqqında fikirlərini bölüşüb.

Dabo qarşılaşmanı izlədiyini söyləyib: “Oyun elə də asan olmadı. Azərbaycan millisi çox qol şansı da əldə edə bilmədi. Amma komandanız meydanda yaxşı mübarizə apardı. Bu, xüsusilə də dünyanın ən yaxşı millilərindən birinə qarşı görüşdə baş verdi. Bunun üçün fəxr edə bilərlər”.

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz