“Azərbaycan millisinə qarşı keçiriləcək görüşün əhəmiyyəti böyükdür”.
İdman.Biz xəbər verir ki, bu sözləri futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Dünya Çempionatı 2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya üzərində 3:5 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssisin sözlərinə görə, əgər komandası növbəti oyunda Azərbaycan üzərində qələbə qazana bilməsə Reykyavikdəki (İslandiyanın paytaxtı – red) qələbənin xüsusi dəyəri olmayacaq,
“Biz səhvləri təhlil edəcəyik və Azərbaycanla qarşılaşmaya ciddi hazırlaşacağıq. Çünki, əgər növbəti matçı qazanmasaq Reykyavikdəki oyun heç bir şey ifadə etməyəcək”, - deyə S. Rebrov jurnalistlərə bildirib.
Baş məşqçi əlavə edib ki, qarşıdakı oyun Ukrayna üçün asan olmayacaq: “İslandiya ilə ağır görüşdən sonra diqqəti qorumaq və rəqibin gücünü doğru qiymətləndirmək çox vacibdir”.
Xatırladaq ki, Azərbaycan millisi dünən Parisdə Fransa yığmasına 0:3 hesabı ilə uduzub. Ukrayna ilə Azərbaycan arasında görüş oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun isə 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.