“İnter Mayami” Neymarı heyətinə qatmağı düşünür - VİDEO

Xəbərlər
11 Oktyabr 2025 17:35
123
“İnter Mayami” Neymarı heyətinə qatmağı düşünür - VİDEO

ABŞ klubu “İnter Mayami” “Santos”un hücumçusu Neymarın transferi imkanlarını nəzərdən keçirir.

İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, hələlik rəsmi danışıqlar başlamayıb.

Bildirilib ki, razılaşma 2026-cı ildə ABŞ-də keçiriləcək Dünya Çempionatı ilində faydalı ola bilər.

Məlumata görə, klub həmçinin Lionel Messi və Luis Suaresi heyətdə saxlamaq üçün müqavilələrini uzatmağı planlaşdırır. Bu üç futbolçu 2014-2017-ci illərdə “Barselona”da 364 qol vurub və 173 məhsuldar ötürmə edib.

İdman.Biz