III MDB Oyunları: Bu gün bağlanış mərasimi keçiriləcək, sonuncu mükafatçılar bəlli olacaq

Xəbərlər
8 Oktyabr 2025 09:07
51
III MDB Oyunları: Bu gün bağlanış mərasimi keçiriləcək, sonuncu mükafatçılar bəlli olacaq

Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışda sonuncu mükafatçılar bəlli olacaq.

Şəkidə bədii gimnastlar mübarizə aparacaq.

Saat 19:00-da isə Gəncə şəhər stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışda 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edib.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

İdman.biz