U-17 millimiz İsrailə böyük hesabla məğlub oldu - YENİLƏNİB

Xəbərlər
11 Oktyabr 2025 21:56
400
U-17 millimiz İsrailə böyük hesabla məğlub oldu - YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

İdman.Biz bildirir ki, komanda Fransada İsraillə qarşılaşıb.

Görüşdə hesabı 39-cu dəqiqədə israilli Tamir Bar açıb. 45+1-ci dəqiqədə millimizin oyunçusu Samir Şərifov hesabı bərabərləşdirib - 1:1.

İkinci hissəsə 47-ci dəqiqədə Bar komandasını yenə irəli çıxarıb. 71-ci dəqiqədə İsrail millisinin oyunçusu Liam Luski penaltini yerinə yetirə bilməyib. 83-cü dəqiqədə isə Adam Qrimberq hesab arasındakı fərqi artırıb - 3:1. 90-cı dəqiqədə Erets Didi daha bir qol vurub - 4:1. 90+4-də isə Ben Suares oyunun yekun hesabını müəyyən edib - 5:1.

90-cı dəqiqədə millimizin oyunçusu Amin Rzayev qırmızı vərəqə alaraq meydandan çıxarılıb.

11:11

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2025-ci ilin Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, IX qrupda mübarizə aparan yığmamız Fransanın Sen-Pol-le-Daks şəhərində İsrail U-17 komandası ilə üz-üzə gələcək.

“Park de Sport” stadionunda keçiriləcək qarşılaşma 11 oktyabrda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər briqadası:
Baş hakim – Marius Hansen Qrotta (Norveç)
Köməkçilər – Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim – Gillaume Paradis (Fransa)

İdman.Biz