Tebas La Liqada ediləcək yenilik barədə danışıb

10 Mart 2026 14:43
102
Tebas La Liqada ediləcək yenilik barədə danışıb

La Liqanın prezidenti Xavyer Tebas İspaniya futbol çempionatında tətbiq olunacaq yeni texnologiya barədə maraqlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, hakim qərarlarındakı xətaları minimuma endirmək üçün topların daxilinə xüsusi çiplərin yerləşdiriləcəyini bildirib.

Tebas yeni sistemin işləmə mexanizmi barədə danışarkən əlavə edib ki, bu çip topa zərbə endirildiyi an oyunçunun ofsaydda olub-olmadığını dəqiq müəyyən edəcək.

İdman.Biz