“Turan Tovuz” aparıcı futbolçularından daha birinin müqavilə müddətini artırmağı planlaşdırır.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi Aleks Souzanı buraxmaq istəmir.
24 yaşlı hücumçunun bu mövsüm komandası üçün həlledici oyunçuya çevrilməsi, rəhbərliyi onun haqqında daha tez qərarlar verməyə sövq edib. “Turan Tovuz”un 24 yaşlı forvardın müqavilə müddətinin daha 1 illik artıracağı gözlənilir.
Braziliyalının Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü ildən “Turan Tovuz”da oynayır. Buna qədər isə “Santos”U-20, “Hegelmann”, “Boluspor” klublarının formasını geyinib.