Tovuz şəhər stadionunun SON DURUMU - FOTO

Xəbərlər
7 Oktyabr 2025 14:45
32
Tovuz şəhər stadionunun SON DURUMU - FOTO

“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa işləri ilə tanış olub.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

İdman.biz