Superkompüter İngiltərə çempionatının əsas favoritini müəyyənləşdirdi

Xəbərlər
5 Oktyabr 2025 16:33
28
Superkompüter İngiltərə çempionatının əsas favoritini müəyyənləşdirdi

"Opta Sports"ın superkompüteri İngiltərə Premyer Liqasının 2025/26 mövsümündə çempionluq ehtimallarını yeniləyib.

İdman.biz xəbər verir ki, VII turun oyunlarından sonra liderlik ehtimalına görə ilk sırada “Arsenal” qərarlaşıb.

Oktyabrın 4-də “topçular” “Vest Hem”i 2:0 hesabı ilə məğlub edib, “Liverpul” isə “Çelsi”yə 1:2 uduzub. Bu nəticələr “Arsenal”a turnir cədvəlində birinci pilləyə yüksəlməyə və mersisayd klubunu keçməyə imkan verib.

"Opta"ya görə, “Arsenal”ın çempion olma ehtimalı 41,58% təşkil edir. “Liverpul”un şansı 35,74%, “Mançester Siti”nin 10,74%, “Kristal Pelas”ın 4,77%, “Çelsi”nin isə 2,02%-dir.

Digər komandalar arasında “Bornmut” (1,25%), “Nyukasl” (1,07%), “Tottenhem” (0,98%) və “Mançester Yunayted” (0,08%) daha az şansa malikdir.

İdman.biz