“Kəpəz” klubu Azər Bağırovun baş məşqçi təyin olunmasından əvvəl əcnəbi mütəxəssislə danışıq aparıb.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, lakin tərəflər maaş məsələsində anlaşa bilməyiblər.
Ukraynalı Yuri Maksimov “sarı-göylər”dən çox məvacib istəyib.
“Kəpəz” rəhbərliyi isə baş məşqçiyə bu məbləği ödəyə bilməyəcəyini söyləyib və yekunda Azər Bağırova yönəlib.
Qeyd edək ki, “sarı-göylər” Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.