“Qəbələ”nin futbolçusu mundialda Nigeriyanı təmsil edib

Xəbərlər
30 Sentyabr 2025 17:51
43
“Qəbələ”nin futbolçusu mundialda Nigeriyanı təmsil edib

“Qəbələ”nin futbolçusu Salihu Nasiru Çilidə keçirilən gənclər (U-20) dünya çempionatında Nigeriya millisinin ilk oyununda meydana çıxıb.

İdman.biz-in məlumatına görə, Nigeriya komandası start oyununda Norveçə 0:1 hesabı ilə məğlub olub.

Nasiru start heyətdə yer alıb və görüşün 78-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, Nigeriya millisi növbəti oyununu oktyabrın 3-də Səudiyyə Ərəbistanı yığması ilə keçirəcək.

İdman.biz