Qazaxıstan azarkeşləri “Real Madrid” futbolçularını fitə basdılar - VİDEO

Xəbərlər
29 Sentyabr 2025 12:51
31
Qazaxıstan azarkeşləri “Real Madrid” futbolçularını fitə basdılar - VİDEO

Qazaxıstanlı azarkeşlər Çempionlar Liqasının ümumi mərhələsinin II turunda “Kayrat”la matç üçün Qazaxıstana gələn “Real Madrid”in futbolçularını fitə basıblar.

İdman.biz Sports.kz-a istinadla xəbər verir ki, “Real Madrid”in futbolçuları hava limanında azarkeşlərlə ünsiyyətdən yayınıblar və cənub VIP çıxışından istifadə edərək avtobus və avtomobillərlə hotellərinə gediblər.

Bu qərar azarkeşlərin narazılığına səbəb olub və onlar komandanın avtobusu keçərkən onu fitə basıblar.

Qeyd edək ki, “Kayrat”-“Real Madrid” matçı sentyabrın 30-da Almatıdakı mərkəzi stadionda keçiriləcək. İlk tur matçında “Kayrat” klubu “Sportinq”ə uduzub (1:4), “Real Madrid” isə “Marsel”ə qalib gəlib (2:1).

İdman.biz