Kriştianu Ronaldu karyerası barədə qərarını verdi

2 Mart 2026 08:20
245
Kriştianu Ronaldu karyerası barədə qərarını verdi

Səudiyyənin “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı yayılan şayiələrə son qoyub.

İdman.Biz “365Scores” nəşrinə istinadla xəbər verir ki, təcrübəli futbolçu klub rəhbərliyi ilə yaşadığı fikir ayrılıqlarına baxmayaraq, komandada qalmağa qərar verib.

Bir müddət əvvəl klubun idarəetmə sistemindən narazı qalan və bəzi oyunları boykot edən Ronaldu Səudiyyə Ərəbistanını tərk etməyəcək. O, 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsinin sonuna qədər “Əl-Nəsr”də çıxış edəcək. Portuqaliyalı ulduzun bu qərarı verməsində Səudiyyə Ərəbistanı İnvestisiya Fondundan gələn vədlər mühüm rol oynayıb. Belə ki, futbolçuya növbəti transfer pəncərələrində komandaya dünya səviyyəli ulduzların gətiriləcəyi barədə zəmanət verilib.

Hazırda “Əl-Nəsr” Səudiyyə Pro Liqasının turnir cədvəlinə başçılıq edir. Çempionluq uğrunda gərgin mübarizədə ikinci pillədəki “Əl-Əhli” liderdən iki xal geri qalır.

İdman.Biz