Mikel Arteta “Çelsi” qarşısında qorxusunu dilə gətirib

2 Mart 2026 07:15
292
Mikel Arteta “Çelsi” qarşısında qorxusunu dilə gətirib

“Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta Premyer Liqanın 28-ci turunda “Çelsi” üzərində qazanılan 2:1 hesablı qələbə barədə fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

İdman.Biz BBC nəşrinə istinadla xəbər verir ki, Arteta rəqibin gücünü xüsusi qeyd edib.

“Bu qarşılaşmanın asan olmayacağını əvvəlcədən dərk edirdik. “Çelsi” çox yaxşı məşqçi korpusuna malik elit komandadır. Hesab edirəm ki, oyun ərzində bir neçə epizodda gözəl futbol nümayiş etdirdik. Buraxılan qol anı bizi məyus etsə də, vəziyyəti düzəltmək üçün bütöv bir hissəmiz var idi. Rəqib azlıqda qaldıqda topa nəzarətdə daha diqqətli olmalı idik. Top-komandaya qarşı oynadığımız üçün standart vəziyyətlər zamanı təkbətək mübarizələrin nə qədər vacib olduğunu başa düşürdük”, - deyə baş məşqçi bildirib.

Hazırda “Arsenal” 64 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. “Topçular” növbəti turda, martın 4-də səfərdə “Brayton”la qarşılaşacaqlar.

İdman.Biz